Gücləndirilmiş HondaCivicTypeR-in yeni nəsil modeli Nürburqrinqdə ön ötürücülü maşınlar arasında ən sürətli göstərici əldə edib. Yapon hot-heç məşhur dairəvi yolu 7 dəqiqə 43,8 saniyəyə keçib. Bu, onun ötən dəfəki seriyasından 7 saniyə tez və Volkswagen Golf GTI Clubsport S tərəfindən qeydə alınan rekorddan 4 saniyə daha sürətlidir. Rəsmilərin açıqlamalarına görə, maşın kütləvi istehsala hazırdır. Avtomobilin sürətini yoxlamamışdan qabaq ona təhlükəsizlik çərçivəsi bərkidilib ki, bu da modelə heç bir mənfi təsir göstərməyib. Çəkisini azaltmaq üçün Honda Civic Type R-dan multimedia sistemi və arxa oturacaqları çıxarılıb.
Cavanşir Məmmədzadə
- Baxış: 300