• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 25.04.2017 10:03

Lenux yenilənmiş NX krossoverini “redaktə” etdi

Şanxay avtomobil sərgisində Lexus yenilənmiş NX krossoverini göstərib. Yaponiya istehsalçısı modelin dizaynına düzəliş edib və asmanı modernləşdirib. Restaylinqli krossoveri yeni radiator barmaqlığı, fərqli ön faralar, böyüdülmüş yan hava qəbulediciləri olan ön bamper, yüngülcə dəyişmiş fənərlər, arxa bamperdə L formada xrom elementlər və o qədər də böyük olmayan aerodinamik elementinə görə ayırmaq olar. Avadanlıq siyahısında yeni 18 düymlük təkər diskləri yer alıb. Mühəndislər asmada yaylara bir qədər düzəliş edib və stabilzatorların dözümlülüyünü artırıb, yeni amortizatorlar quraşdırıblar. Bütün bunlar maşında komfortu daha da yüksəldib və idarəetməni təkmilləşdirib. Krossveri, LC 500-də olan adaptiv asma ilə sifariş etmək olar. Güc sisteminə isə əl vurulmayıb. Motor qamması əvvəlki kimi 150 at güclü atmosfer mühərrik, 238 at güclü turbo motor və hibrid modifikasiyadan ibarətdir.

 

Cavanşir Məmmədzadə