Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili uzaqlıqda və qırmızı cırtdan ulduzun ətrafında fırlanan ekzoplanet Günəş sistemindən kənarda həyat axtarışı üçün ideal variant ola bilər. Aşkar edilmiş yeni planet, LHS 1140 ulduz sistemində yerləşir. Sözügedən ekzoplanet, Yer kürəsindən daha böyükdür və çox güman ki, öz atmosferinin böyük bir hissəsini qoruyub saxlayıb. "Bu, son 10 il ərzində gördüyüm ən maraqlı ekzoplanetdir. Biz hesab edirik ki, bu planet Yer kürəsindən kənarda həyat varlığının sübutu ola bilər”, - tədqiqatçılardan biri belə deyib. Astronomlar, sözügedən ekzoplanetin yaşını 5 milyard il kimi qiymətləndirirlər. Onlar həmçinin müəyyən ediblər ki, aşkar edilmiş yeni ekzoplanetin diametri Yer kürəsindən 1.5 dəfə, kütləsi isə 7 dəfə böyükdür. Bu isə o deməkdir ki, yeni ekzoplanet daha yüksək sıxlığa sahibdir.
Cavanşir Məmmədzadə
- Baxış: 364