Polşada cüdo üzrə Avropa çempionatı davam edir. 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov bütün görüşlərini qələbə ilə başa vuraraq ilk dəfə kişilər arasında qitə çempionu olub. Qızıla gedən yolda mübarizəyə 1/16 finaldan başlayan gənc tatami ustası əvvəlcə İspaniya, daha sonra Türkiyə və İsveç idmançılarını məğlub edib. Həmyerlimiz yarımfinalda macarıstanlı, finalda isə rusiyalı rəqibindən üstün olub.
73 kq-da çıxış edən digər idmançımız Rüstəm Orucov da qitə birinciliyinin medalını qazanıb. Olimpiya mükafatçımız bürünclə kifayətlənib. Orucovun yarışda sıradan çıxardığı cüdoçular arasında ermənistanlı Ferdinand Karapetyan da olub.
Azad Rəfi
- Baxış: 557