• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 22.04.2017 16:22

İstər idman, yaxud eləcə istirahət üçün hovuzlara üz tutanlar su eynəyindən istifadə edirmi?

KepezTV Player

Yay, qış fərq etməz, üzgüçülük hovuzlarına üz tutanlar, idman sağlamlıqdır deyib suya baş vuranlar var. Lakin üzgüçülüklə məşğul olarkən diqqət yetirilməli, daha doğrusu gözlərin mühafizəsi üçün eynəyin taxılmasını həkimlər məsləhət bilir, hətta vacib sayır. Bu arzuolunmaz göz xəstəliklərindən qorunmaq üçün vacibdir.

 İstər idman, istərsə də sadəcə yayın istisindən qaçaraq sərinləmək üçün hovuza üz tutursunuzsa mütləq şəkildə müəyyən olunan qaydalara əməl etməlisiz. Bu qaydalardan biri də eynəkdən istifadədir. 

Su ilə gözə keçəcək xəstəliklərin olduğundan xəbərsizdir demək olar ki, üzgüçülər. Həkimlərsə diqqətli olmağı məsləhət bilir. 

Tələt Nəbiyev- oftolmoloq: “Əgər biz qoruyucu eynəksiz üzəriksə hovuzda bu zaman gözdə qıcıqlanma, qızartı, yaşaxma və bir müddət dumanlı görmə kimi fəsadlara gətirib çıxara bilər. Bu da birbaşa həmin kimyəvi maddə ilə bağlıdır ki, gözün üst müdafiə qatına, konyuktivitasına və gözün üst şəffaf təbəqəsinə, buynuz qişasına zərər yetirir”.
Həkimin də qeyd etdiyi kimi suya vurulan kimyəvi maddələr normasında istifadə edilməlidir ki, fəsadlara yol açmasın. 

Fazil Nəbiyev- Gəncə Şəhər GEM-in bölmə müdiri: “Burada istifadə olunan sularda xlor normada 0.3 və ya 0.5 ml qram ekvivalent litr olmalıdır. Demək su normadan artıq xlorlaşdırılırsa da belə sular həm xüsusi tam verir və onlar eyni zamanda gözlərdə acışma, bəzən də qaşınmasına səbəb olur. Ona görə də suyun xlorlaşdırılması zamanı normativlərdə qalıq xlorunun təyin edilməsi xüsusi əhəmiyətə malikdir”.

Əhəmiyyətli olan həm də şəxsi gigiyenaya əməl etmək və suya baş vurarkən göz, qulaq üçün lazım olan qoruyucu vasitələrdən istifadədir. Gəncədəki olimpiya-idman kompleksinin üzgüçülük hovuzu, eləcə də şəxsi hovuzların sahiblərindən suyun mütəmadi olaraq təzələndiyi və normaya uyğun dezinfeksiya işlərinin aparıldığı cavabını alsaq da sağlamlığımızı qorumaq təbii ki, özümüzdən asılıdır.

Elton Cabbarlı