Mercedes-Benz yenilənmiş S-Class görüntüləyib. Flaqman model üzdən dəyişib və şossedə hərəkət etmək üçün avtopilot, eləcə də yeni mühərriklər əldə edib. Ətrafdan sedanın optika, modifikasiyaya görə fərqlənən kuzov və yeni radiator barmaqlığına görə dəyişdiyi sezilir. Salonun xüsusiliyi sensorlu paneli olan 3 oxlu sükan, fərqli ekranlara malik multimedia kompleksi və alətlər panelindən ibarətdir. Yeniliyin təchizat siyahısına bir çox təkmilləşmiş təhlükəsizlik və sürücüyə dəstək sistemi daxil olub. Motor qammasında isə 4 litrlik turbomotor yerləşdirilib. S 560 modifikasiyasında o, 469 at gücü, AMG S 63 modifikasiyasında isə 612 at gücü yığır. Gücləndirilmiş versiya 9 pilləli AMG Speedshift MCT sürət qutusu ilə hərəkətə gəlir. AMG S 63, 4Matic+ tam ötürücü sistemlə “yüzü” 3,5 saniyəyə yerinə yetirir. Maksimal sürət 300 km/saatdır. Restaylinqə uğrayan modelin istehsalı bu il ərzində başlamalıdır.
Cavanşir Məmmədzadə
- Baxış: 364