Fransanın “Motorsport Magazine” jurnalı Alfa Romeo Giulia Quadrifoglio Verde, BMW M3 Competition Package və Cadillac ATS-V sedanları üçün dreq-reysinq təşkil edib. Finiş xəttini ilk olaraq Alfa keçib: min metri 22 saniyəyə. Ən güclü “Culiya” 510 at güclü tvin-turbo motorla təchiz olunub. O, sedana “yüzü” 3,9 saniyəyə yerinə yetirməyə imkan verir. Maksimal sürətsə 307 km/saatdır. BMW M3 isə Giulia-dan 20 saniyə geri qalıb. Competition Package paketli variant 450 at güclü 6 silindrli iki turbinli mühərriklə komplektləşdirilir. 100 kilometr sürəti bu cür maşınla 4 saniyəyə yığmaq olar. 1000 metrlik dreq-reysinqdə 22,8 saniyə göstərici isə Cadillac ATS-V modelinə məxsusdur. Bu model 3,6 litrlik 460 at güclü tvin-turboya sahibdir. Sedana ilk 100-ü yığmaq üçün 3,9 saniyə kifayətdir. 302 km/saat isə onun ən yüksək sürətidir.
Cavanşir Məmmədzadə
- Baxış: 325