• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 20.04.2017 13:54

Gəncənin orta məktəb müəllimləri ixtisasartırma təliminə cəlb edilib

KepezTV Player

Təhsil Nazirliyinin xətti ilə  Azərbaycan dili, ədəbiyyat, riyaziyyatı tədris edənlər və ibtidai sinifdə dərs deyənlərə əsasən tədrisin innovativ texnologiyalar əsasında aparılması üzrə öyrədilir.  

Asiman Paşayev- Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutunun əməkdaşı: “Hər bir müəllim Azərbaycanda 5-10 ildən bir 240 saat təlim keçməlidir. Bu təlimin də 120 saatı, yəni yarısı ixtisasın payına düşür. Heç bir müəllimə də fərq qoyulmur. İstənilən müəllim müraciət edərək bu təlimdə iştirak edə bilər və eyni zamanda Nazirlikdən müəyyən siyahı da göndərilib və biz də onun əsasında qrupları formalaşdırıb təlimlər keçirik”.

14 qrupda keçilən təlimlərə Gəncədən 400-ə yaxın pedaqoq qatılıb. İştirakçılara öz ixtisaslarına uyğun dərs prosesini təkmilləşdirmək, fənnin tədrisində istər metodiki, istərsə də informasiya kommunikasiya texnologiyalarından daha təkmil istifadə izah edilir.

Gülnar Hüseynova- təlimçi: “Müəllim var ki, yuxarı sinfə dərs deyir, aşağı sinif dərsliklərdən, mövzudan kənardı. O yenilikləri nəzərlərinə çatdırırıq. Ən çox bizə verilən məzmun standartları var ki, o standartların dərslikdə hansı mövzuda reallaşdırılmasıdı. Müəllim onları bilməlidir ki, bunu mən jurnala qeyd edirəm, bu mənə nə üçün lazımdır. Biz onları öyrədirik”.

Pedaqoqlara 5-9-cu siniflərdə kurrikulum dərs proqramı əsasında təlim keçilir. Həmçinin şagirdlə fərdi və qrupla işləmək də aşılanır.   

Şəfa Əhmədova- iştirakçı: “Şagird öyrəndiyini nəyə görə bilməlidir, həyatda yaşadığı dövrdə bunları nə ilə tətbiq edəcəksə onları burada öyrənirik. Bizim üçün bu ixtisas artırma kursları çox faydalıdır”.

Aynur Əliyeva- iştirakçı: “Təlimlər tez-tez keçirilsin və bütün fənlərdən müəllimlərin ildə bir dəfə irəli gəlməsinə köməklik göstərilsin”.

İxtisasartırma təlimləri may ayının əvvəlində yekunlaşacaq. İştirakçılar öz ixtisaslarına uyğun imtahan verəcək və yüksək bal toplayanlara sertifikatlar təqdim olunacaq.

Elnur Vahidoğlu