Volkswagen şirkəti Şanxayda gələcəyin avtomobilini sərgiləyib. Bu, kupe formalı elektrikli I.D.Crozz krossoveridir. 4 yerlik salona və avtopilot sisteminə malik konsept I.D. seriyasının 3-cü maşınıdır. Daha əvvəl görüntülənmiş heçbek və miniven xüsusi olaraq elektrokarlar üçün nəzərdə tutulmuş MEB platformasında hazırlanıb. Krossoverin dizaynında tanış stildən istifadə olunub, ancaq iri spoyler və tamamilə arxa optikanı xüsusilə qeyd etmək lazımdır. I.D. heçbeki kimi I.D.Crozz-un da arxa qapıları geriyə, öndəkilər ənənəvi formada açılır. Hər iki model mərkəzi sütunlardan məhrum olub. Krossoverin maraqlı özəlliyi LED işıqlanması olan panoram damdır. Bu işıqlanmanı jestlərlə idarə etmək olar. Konseptin salonunda fiziki düymələr ümumiyyətlə yoxdur. Minimalist interyerdə 10,2 düymlük taçskrin multimedia kompleksi və 5,8 düymlük rəqəmsal alətlər paneli quraşdırılıb. İdarəedici sensorlu panellərdən qapılarda da yararlanmaq olar. Sürücü üçün əlavə reallıq texnologiyası olan proyeksiyalı ekran da əlçatandadır. Avtopilotu işə salarkən sükan ön panelə tərəf çəkilir. Bu zaman damda avtomobilin ətrafında baş verən hər şey görüntülənir. Konsept ümumi gücü 302-ə bərabər olan iki elektro mühərriklə hərəkətə gəlir. Maksimal sürət 180 km/saatla məhdudlaşır. Prototipin altında 81 kilovatt-saat həcmli litium-ion bloku yerləşdirilib. Maşın bir dəfəyə 500 kilometr məsafə qət etmək qabiliyyətindədir. VW-in bu tip ilk avtomobili 2020-ci ildə satışa çıxarılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 378