Jaguar şirkəti Nyu-York avtoşousuna 4 silindrli motoru olan F-Type maşınını gətirib. 2,0 litrlik benzin mühərrikli yeni avtomobilin gücü 300-ə bərabərdir. Aqreqat 8 pilləli Quickshift transmissiyası ilə işləyir. Bu cür motorla 100 km/saat sürəti 5,7 saniyəyə yığmaq mümkündür. Maksimal sürət isə saat 249 kilometrə bərabərdir. Sportkar 52 kiloqram yüngülləşib və individual şassi parametləri ilə təmin olunub. Maşında avtonom təcili əyləc sisteminə, yol nişanlarını tanıyan, sürəti adaptiv məhdudlaşdıran və zolaq çərçivəsində hərəkəti təmin edən sistemlərə də rast gəlmək olar. Bundan savayı sportkar yeni işıq diodlu optika və düzəliş edilmiş bamperlər, eləcə də tək turbinli idmansayağı eqzoz sistemi ilə təchiz edilib. Salonda xrom və alüminium materialından dekorativ elementlər, yüngül idman oturacaqları, Touch Pro multimedia sistemi və arxanı göstərən çərçivəsiz güzgülər bərkidilib.
Cavanşir Məmmədzadə
- Baxış: 361