• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 18.04.2017 10:19

Chevrolet Camaro-nu 1000 at güclü Pontiac Trans Am avtomobilinə çevirdilər

ChevroletCamaro modelləri ilə ixtisaslaşan Amerikanın Trans Am Worldwide tüninq şirkəti özünün sonuncu layihəsini - 455 Super Duty-ni təqdim edib. 1000 at güclü mühərrikə sahib yenilik Nyu-Yorkda keçirilən motorşouda sərgilənib. Layihə üzərində Trans Am Worldwide-ın baş dizayneri Tom Soyer əziyyət çəkib. Kupe, 1970-ci illərin klassik Pontiac Trans Am masl-karı ilə eyni stildə hazırlanıb. İki qapılı maşının optikasına düzəliş edilib, fərqli kapot və qanadlar quraşdırılıb, arxa spoyleri isə karbon materialından düzəldilib. Yeri gəlmişkən, kapotun altında 7,5 litrlik benzin motor qərarlaşıb. Aqreqat 1000 at gücündədir və 1418 Nm fırlanma anına malikdir. Dinamik göstəricilər hələlik sirr saxlanılır. Sifarişlərinə may ayında başlanacaq kupe 455 Super Duty məhdud sayda – cəmi 50 ədəd buraxılacaq. Masl-karın qiyməti isə nəmalumdur.

Cavanşir Məmmədzadə