Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Son yarış günündə sərbəst güləş üzrə gənclər arasında 87 pəhləvan yarışıb. Təmsilçilərimiz bağlanış günü 6 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb. Bununla da komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Özbəkistan komandası isə üçüncü yeri tutub.
Orxan Cəfərzadə
- Baxış: 306