Bu gündən Şəmkirlə yanaşı, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sakinlərinin işini asanlaşdıracaq qatarda 4 dövlət orqanının göstərdiyi xidmətlərdən yararlanmaq mümkündür.
Qarşıdakı 15 gün müddətinə Şəmkirin Dəllər Dəmir Yolu Stansiyasında lövbər salan qatarda Ədliyyə, Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsinin xidmətləri təklif olunacaq. “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri də olmaqla, 4 vaqondan ibarətdir. Səyyar xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar əvvəlcə dinlənilənilir, sonra aidiyyəti üzrə xidmət vaqonlarına yönləndirilir.
Fəda Abbasov -səyyar xidmətlər şöbəsinin baş məsləhətçisi: “Xidmətdə olduğumuz bu müddət biz notariat fəaliyyəti vətəndaşlıq vəziyyəti haqqında dövlət qeydiyyatı, sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət və ümummvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi əmək pensiyalarının ilkin təyinatı və daşınmaz əmlakla bağlı xidmətlər göstəririk”.
Şəmkirdə "Asan qatarın" ilk iş günü olmasına baxmayaraq vətəndaşların fəallığı müşahidə olunub. Əsas müraciətlər isə notariat fəaliyyəti, şəxsiyyət və sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı olub. Göstərilən xidmət və operativlik sakinləri qane edir.
Elbrus Məmmədov -sakin: “Eşitdim ki, Şəmkir rayonuna “Asan Xidmət”in qatarı gəlir. Mənim də şəxsiyyət vəsiqəmim vaxtı bitdiyi üçün gəldim müraciət etdim”.
Ulduz Orucov -sakin: “Gədəbəy rayonunun Qoşabulaq kəndindən gəlmişik. Avtomobilə etibarnamə almaq istəyirik. Çox yaxşı xidmət göstərirlər”.
Gündüz Abdalov -sakin: “Vəsiqəmi dəyişdirirəm. Çox yaxşıdır. Elə adı kimi də özü də asandır”.
Dəllər Stansiyasında təşkil olunan qarşılanma mərasimində "Asan Xidmətin" fəaliyyətindən danışılıb. Səyyar “ASAN avtobus”un rayona 4 dəfə gəldiyinə diqqət çəkilib. Rayon sakinlərinin "Asan qatarın" da xidmətlərindən maksimum faydalanacağı vurğulanıb. "Asan qatar" Şəmkirdən öncə Qazax, Ağstafa və Tovuzda olub.
Natiq Hüseyn
- Baxış: 629