• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 14.04.2017 10:32

Toyotadan krossover-transformer

Toyota markası qeyri-adi baqaj qapağı olan FT-4X konseptini nümayiş etdirib. Bu hissə həm tamamilə yuxarıya, həm də iki qapı kimi açılır. Ola bilər ki, prototip FJ Cruiser modelinin gələcək versiyasıdır, ancaq şirkətdən kütləvi istehsalla bağlı heç nə deyilmir. FT-4X, CH-R krossoverinin ölçülərinə uyğundur. Güc sistemi naməlum olsa da, bilinən odur ki, modelin konstruksiyası 4 silindrli motor, variator və tam ötürücü sistemdən ibarətdir. Görkəm üzərində Toyotanın Kaliforniya mərkəzinin dizaynerləri əziyyət çəkiblər. Fərqli baqajdan savayı FT-4X arxa təkər tağları ilə dam arasında olan çıxarıla bilən panelə də malikdir. Salondakılardan yataq yastığını və bir çox şeyləri saxlamaq üçün qutucuqları qeyd etmək lazımdır. Audiosistem blokunu maşından çıxardaraq özünüzlə də daşıya bilərsiniz.

Cavanşir Məmmədzadə