Bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.
Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparır.
İlk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan mübarizə aparır.
Sabah yunan-Roma güləşi üzrə gənclər, ayın 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
Orxan Cəfərzadə
- Baxış: 307