UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun günündə daha 3 qarşılaşma keçirilib. Günün ilk oyunu Dortmundda oynanılıb. Partlayış səbəbindən bir gün təxirə salınan görüş “Borussiya” və “Monako” komandaları üz-üzə gəlib. 5 qolun qeydə alındığı qarşılaşmada qələbəni qonaqlar bayram edib. 17-ci dəqiqədə knyazlıq təmsilçisindən Fabonyo penaltini qaçırsa da, 2 dəqiqədə sonra Mbappe komanda yoldaşının səhvini düzəldərək Monakonu hesabda irəli çıxarıb. 35-ci dəqiqədə fransızlar ikinci qola seviniblər. Qapıların yerini səhv salan Sven Bender fərqi 2 topa yüksəldib. 57-ci dəqiqədə meydan sahibləri Bembeleylə buraxılan qollardan birinin əvəzini çıxıblar. Ancaq yaxşı oyunu ilə gecənin ən yaxşılarından olan Mbappe 79-cu dəqiqədə müdafiədəki boşluğu maksimum dəyərləndirərək 2 topluq fərqi yenidən bərpa edib. Oyunun sonuna doğru fəallaşan borussiyalıları 84-cü Şinji Kaqava vurduğu qolla ümidləndirsə də, yekun almanlar məğlubiyyət qaça bilməyiblər. 3:2 Monako evə qələbəylə qayıdır.
Bu mərhələnin “Atletiko” - “Lester” oyununda isə 1 qol vurulub. Madrid kollektivi daxili çempionatdakı uğurlu seriyanı çempionlar liqasında da davam etdirərək rəqibi üzərində minimal hesablı qələbə qazanıb. Oyunda 11 metrli cərimə zərbəsində Antuan Qrizman vurub.
Gecədə əsas diqqətlər Münhenə yönəlib. Burada Bavariya Alyans Arenada Realı qəbul edib. Erkən final adlandırılan görüşdə ispanlar qalib gəlib. Halbuki hesabı 25-ci dəqiqədə almanlar açıb. Küncdən havalandırılan topa başıyla zərbə endirən Arturo Vidal toru havalandırıb. Çilili oyunçunun ilk yarının sonunda dubl etmək imkanı olsa da, o, penaltini boşa verib. Fasiləyədək sonra özünə gələn prineylilər 47-ci dəqiqədə tablodakı rəqəmləri eyniləşdiriblər. Sağ cinah asmasını Kriştiano Ronaldo bir toxunuşla çərçivədən keçirib. 61-ci dəqiqədə Bavariyanın heyətində hücumun qarşısını kobudluqla kəsən Martinez ikinci sarı vərəqəni alaraq komandasını pis vəziyyətdə qoyub. Bundan sonra hücumlarını daha artıran madridlilər qələbə topunu vurmağa bacarıblar. 77-ci dəqiqədə yenidən səhnəyə çıxan Ronalda dubl edərək həm de Realın 2:1 hesablı qələbəsinin memarı olub.
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
12 aprel
“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) - 2:3
Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, “Siqnal İduna Park”
“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) - 1:0
Qol: Qrizman, 27 (pen.)
Baş hakim: Yonas Eriksson (İsveç)
Madrid, “Visente Kalderon” stadionu
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2
Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")
Qollar: Vidal, 25 - Ronaldo, 47, 77
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Münhen, “Alyans Arena”
Orxan Cəfərzadə
- Baxış: 452