• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 13.04.2017 10:02

Çin şirkəti Android Wear 2.0 ilə işləyən ən əlçatan “ağıllı” saat təqdim etdi

Çinin telekommunikasiya avadanlıqları və ucuz smartfonlar istehsal edən ZTE firması özünün ilk “ağıllı” saatlarını nümayiş etdirib. Android Wear 2.0 ilə işləyən Quartz cəmi 200 dollara satılacaq. Sifarişlər artıq sabahdan qəbul olunacaq. Bu pula müştərilərə dairəvi, 1,4 düymlük AMOLED-ekran, nəmdən qorunan korpus, 22 millimetrlik saat kəməri, həmçinin bir gün kifayət edəcək 500 mAs həcmli batareya təklif edilir. Quartz saatları hətta mobil şəbəkəyə də qoşula bilir. Ən əsası isə ZTE Google platformasının geyilə bilən son versiyası ilə işləyir və onun bütün funksiyalarını dəstəkləyir. Söhbət Assistant səs köməkçisindən, Android Pay-in ödənişli funksiyasından və smartfonsuz işləyə bilən proqramlardan gedir. Quartz – bazarda Android Wear 2.0 ilə işləyən ən əlçatan saat sayılır.

 

Cavanşir Məmmədzadə