• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1354
— 10.04.2017 19:53

Daşkəsəndə maskalılar evə basqın edib

KepezTV Player

Daşkəsəndə maskalı şəxslər yaşlı qadının yaşadığı mənzilə basqın edib. Qadının əl qolunu bağlayanlar onun qızıl üzüyü və nəğd pulu ilə kifayətlənməyib, ağzındakı qızıl dişlərinə də göz dikiblər. Polis tərəfindən saxlanılan quldurlar əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb.

Bu ilin fevral ayının 14-ü səhər saat 11-12 radələrində Daşkəsən sakini Tamella Rzayevanın mənzilində quldurluq hadisəsi baş verib. Iki nəfər maskalı şəxs ev sahibinin əl-qolunu yapışqanlı lentlə bağlayıb. Daha sonra evdə axtarış aparsalar da istədiklərini tapa bilməyiblər. Gözləri Tamella Rzayevanın barmağındakı qızıl üzüyə sataşan quldurlar qadının cibindəki 53 manatla kifayətlənməyib.

Tamella Rzayeva zərərçəkən: İstədim qapıdan çıxım. Qapını açmaq istəyəndə bir nəfər bərk tutdu. Bir nəfər isə əl ayağımı bağladı. Hara tulladılar bilmədim. Barmağımdan kalso üzüyü cibimdən pulu ağzımdan bu dişləri çıxratdılar.

Hadisə yerinə baxış keçirən Daşkəsən polisi çox keçməyib ki hadisəni törədənlərin izinə düşüb. Şübhəli şəxs olaraq rayon sakini və Gəncə sakini saxlanılıb. 

İlqar Haqverdiyev Daşkəsən Rayon Polis Şöbəsinin rəis müavini: Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində quldrulq hadisəsini törədən İslamzadə Arzu Vaqif oğlu və Əsədov Rahib Rəşid oğlu saxlanılıb.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələrilə 4 dəfə məhkumluq həyatı yaşayan Rahib Əsədov etiraf etdiyi cinayətə özünə məxsus don geyindirib. Tamella Rzayevadan bir neçə ay öncə sələmə pul götürərək onun müqabilində qızıl üzük verən Rahib Əsədov üzüyü ala bilmədiyindən evə basqın etdiyini iddia edir.  

Rahib Əsədov saxlanılan şəxs: Mən iki aylıq ondan 270 manat alıb sələmə bir üzük vermişdim. O pulu dediyim vaxtda verə bilmədim. 4 ay sonra gəldim üzüyü istədim vermədi. Buda mənim pisimə gəldi. Bir gündə allah şeytana nəhlət eləsin getdim bu cinayəti törədib barmağındakı qızılı götürdüm.

Rahibin cinayət ortağı Arzu İslamzadə də həbsxana həyatı yaşayıb. Ayağından əlilliyi olan Arzu əldə etdiyi pulu müalicəsinə sərf etməyi düşünürmüş .

Arzu İslamzadə saxlanılan şəxs: Rahib təklif etdi ki belə bir iş var. Orada 70 min pul var götürüb ayağını müalicə edib həyatını dəyişərsən. Oda belə oldu.

Yaşlı qadının pulu ilə həyatlarını dəyişmək istəyənlərin indi həyatı yenidən dəmir barmaqlıqlar arxasında davam edəcək. Polis onların ətraf və şəhər rayonlarda oxşar əməllərini araşdırır.

Natiq Hüseyn