• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 10.04.2017 10:34

Uçan taksi nümayiş etdirildi

Almaniyanın E-volo  firması sərnişin daşıya bilən və kütləvi istehsal olunacaq 18 rotorlu Volocopter 2X multikopterini nümayiş etdirib. Hava taksisi özündə 2013-cü ildə anons olunmuş Volocopter VC200 prototipini birləşdirir. Boş Volocopter 2X 290 kiloqram çəkidədir və göyərtəyə 160 kq yük və ya orta çəkili iki adam götürmək gücündədir. Volocopter 2X 27 km məsafəni 27 dəqiqəyə, ya da  70 km/saat sürətlə qət edə bilir. Maksimal sürət isə 100 km/saat təşkil edir. Volocopter 2X təyin olunmuş marşrut üzrə avtonom rejimlə uçur. Ancaq onu yerdə operator və ya pilot da idarə edə bilər. 2018-ci ildən şirkət uçan aparatı taksi kimi istifadə etməyi planlaşdırır. Ancaq ölkə qanunlarına əsasən, dron hələlik pilotla idarə ediləcək və göyərtəyə yalnız bir nəfər götürmək mümkün olacaq.

Cavanşir Məmmədzadə