• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 10.04.2017 10:35

Mercedes S-Class-ın interyerini dəyişdi və avtopilot əlavə etdi

Mercedes-Benz restaylinqə məruz qalmış yeni S-Class göstərib. Kosmetik dəyişikliklərdən savayı model yarıavtonom idarəetmə sistemi qazanacaq. Avtopilot maşını şossedə idarə edə biləcək. Sürücü dönmə nişanına istənilən zolağı işarə edir, elektronik sistem təhlükəsizliyə əmin olduqdan sonra sərbəst şəkildə manevr eləyir. Avtonom rejim vaxtı sistem GPS məlumatlarına əsasən hərəkət edəcək və sürəti yavaşlayacaq. Maşın bu zaman yol nişanlarını tanıyan və sürət həddini müəyyən edən funksiyalardan yararlanacaq. 210 km/saat sürətli belə avtomobil qarşıdakı nəqliyyat vasitələri arasında məsafəni qoruyub saxlaya bilir. Tıxaclarda da işləyə bilən adaptive kruiz-kontrol 30 saniyəyədək davam edən dayanmadan sonra avtomotik işə düşmək qabiliyyətindədir. Adətən isə cəmi bir neçə saniyə dayandıqdan sonra kruiz-kontrol sürücünün əmrini gözləyir.

Cavanşir Məmmədzadə