İdman geyimləri və aksesuarları istehsal edən Adidas 3D printerdə çap edilən idman ayaqqabılarını göstərib. Növbəti ilin sonuna qədər Futurecraft 4D-dən 100 min cüt tikiləcək. Qaçış üçün nəzərdə tutulan ayaq geyiminin üzü Continuous Liquid Interface Production (CLIP) texniki prosesi vasitəsilə düzəldilib. Belə ki, forma maye poliuretanlı plastikdən tökülüb, daha sonra ultrabənövşəyi şüanın köməyilə istənilən görünüş əldə edilib. Bu ideyanı Google və General Electric-in maliyyələşdirdiyi Amerikanın Carbon şirkətində fikirləşib tapıblar. İddia edilir ki, CLIP vasitəsilə ayaqqabı istehsalı çox sürətlə yerinə yerinə yetirilir, bundan başqa, materiallar adilərdən daha çox əyilir və daha dözümlüdür. Adidas yeni 3D-çapı hələ təzə-təzə öyrənməyə başlayıb. Bu il şirkət cəmi 5000 ədəd bu cür ayaqqabı hazırlayacaq. Qiymət bilinməsə də, baha olacağı ehtimal edilir.
Cavanşir Məmmədzadə
- Baxış: 446