• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 08.04.2017 10:55

Nissan GT-R ön qoruyucusu olan polis maşınına çevrildi

Nissan GT-R polis maşınına çevrilib. Modelin 2017-ci il buraxılışının bazasında ərsəyə gələn unikal avtomobil bir sıra tüninq işləri ilə seçilir. Ənənəvi Amerika polis maşınına aid atributlar – polis işıqları və stroboskoplu ön qoruyucu əldə edən yenilik karbon materialından iri kuzov və arxada böyük antiqanadla təmin olunub. Xidmət maşını GT-R qara-qızılı rəng sxeminə, aşağı profili olan iri disklərinə və tənzimlənən stendli asmasına görə də fərqlənir. Bir il bundan qabaq nümayiş etdirilən yenilənmiş Nissan GT-R 570 at gücündə 3,8 litrlik V6 turbomotorla hərəkətə gəlir. Keçmiş versiya ilə müqayisədə bu dəfəki sərt kuzov qazanıb və asması ciddi şəkildə dəyişikliyə məruz qalıb. Bundan başqa, iki qapılı maşında yeni eqzoz sistemi də peyda olub. “Yüzü” o, 2,7 saniyəyə yığır, maksimal sürət isə 315 km/saat təşkil edir. Güman edilir ki, yeni Nissan şou-kar statusu daşıyır və yalnız müxətlif sərgilər üçün nəzərdə tutulub.

Cavanşir Məmmədzadə