• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 07.04.2017 15:59

Göygöl Mərkəzi Rayon Xəstəxanasında yaradılan hemodializ şöbəsi xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin müalicəsini asanlaşdırmağa xidmət edir

KepezTV Player

Respublikda fəaliyyət göstərən 34 hemodializ mərkəzindən 26-sı regionlardadır. Bu vətəndaşların əlavə xərc və vaxt sərf etmədən yerlərdə müalicəsini təşkil etməyə hesablanıb. Göygöl Mərkəzi Rayon Xəstəxanasında yaradılan hemodializ şöbəsi də xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin müalicəsini asanlaşdırmağa hesablanıb. 

Göygöl Mərkəzi Rayon Xəstəxanasında yeni yaradılan hemodializ şöbəsi müasir aparatlarla təchiz edilib. Böyrək çatışmazlığından əziyyət çəkən 41 nəfər burada müalicə alır. Onlardan 18-i rayon sakinidir.

Ədibə Talıbova- xəstə: “Göygöl rayonundanam. 10 aydır ki, dializə düşmüşəm. Əvvəllər Yevlaxa gedib gəlirdim. Hər dəfə də Yevlaxa gedib gəlmək çox çətin idi. Rayonda açılmağı bizə xeyr edir”.

Tahirə Məmmədova- xəstə: “Mən Üçtəpə kəndində oluram. Ay yarımdı ki, bura gəlirəm. Həm yaxındı, həm də sərfəlidir. Əvvəllər Yevlaxa gedirdim, sonra Gəncəyə gedirdim. İndi də bura yaxındı”.

10 hemodializ aparatının quraşdırıldığı şöbədə xəstələrin tibbi müayinə və müalicə işinin təşkili və aparılması üçün imkan yaradılıb. 

Hamlet Ömərov- Göygöl Mərkəzi Rayon Xəstəxanasının baş həkimi: “Həm Göygöl rayonunda yaşayan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr, eləcə də ətraf rayonlardan Gədəbəy, Şəmkir, Samux, Goranboy həmçinin Gəncənin müəyyən xəstələri bizdə hazırda müalicə alır. Həmin xəstələrin digər bölgələrə müalicə almasına müraciət etməsinə ehtiyac yoxdu. Onlar burada yüksək səviyyədə müalicə alır”.

Burada da dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı dövlət tərəfindən qarşılanır. Şöbədə 2 həkim və 10 orta tibb işçisi vətəndaşlara xidmət göstərir.

 

Elnur Vahidoğlu