Bakı aprelin 28-30-da Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə növbəti Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda 20 ölkədən olan gimnastların iştirakı gözlənilir. Azərbaycanı bu turnirdə fərdi mübarizələrdə Marina Durunda, Jalə Piriyeva, qrup hərəkətlərində isə Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep təmsil edəcək.
Orxan Cəfərzadə
- Baxış: 344