3 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılıb. Yığmamızın şərəfini Sofiyada Elnur Amanovun rəhbərliyi altında 7 çəkidə eyni sayda idmançı qoruyacaq. Heyətdə Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq), Paniz Esmaeilpour (46 kq), Gülhanım Yeşildal (53 kq) və Daria Şkurko (67 kq) yer alıb.Yarışda Elşad Məmmədov isə hakim kimi iştirak edəcək.Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə səfərə yollanan idmançılarımız aprelin 10-da vətənə dönəcəklər.
Orxan Cəfərzadə
- Baxış: 335