Gəncədə Aprel şəhidi İnqilab Quliyevin il mərasimi keçirilib. İmamzadə dini Kompleksinin mərasim zalında açılan ehsan süfrəsində kapitan hərbçinin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib. Ötən ilin aprel qələbəsinin hərb tariximizin qəhrəmanlıq səhifəsi olaraq əbədiləşdiyi, şəhidlərin və igid hərbçilərin sayəsində işğal altındakı ərazilərin bir hissəsinin geri alındığı vurğulanıb. İnqilab Quliyevin ailəsi kapitanın xatirəsinin əbədiləşdirildiyinə görə minnətdarlıq ifadə edib.
Sədaqət Ağayeva- şəhidin anası: "Dünən axşam saat 6-nın yarısı vurulub. Bu gün dəfn olunan günüdür. İlidir. Bütün Gəncə camaatına öz təşəkkürümü bildirirəm ki, onu bu qədər əziz tuturlar, qiymət verirlər. Döyüşə gedən əsgərlərimizə onu deyirəm ki, düşmənin üstünə ölməyə getməyin, öldürməyə gedin. Siz bu vətənin övladısız. Həm vətənə, həm ananıza, həm də övladlarınıza, bacılarınıza lazımsız".
Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: "Dövlət tərəfindən evlə təmin olunub. Ev mebel və bütün avadanlıqlarla təchiz olunub. Yaşadığı binanın yanındakı küçəyə onun adı verilib. Bu haqda şəhər icra hakimiyyəti tərəfindən sərəncam imzalanıb. Həmçinin tapşırıq verilib ki, 10-15 günə də barelyef o binaya vurulacaq".
Jalə Qurbanova
- Baxış: 1029