Porsche maşınlarının ən çətin sınaqlarının videoçarxları yayımlanıb. Bir çox tarixi kadrlara yer verilən görüntülərdə Vaysax poliqonundakı testlər də nümayiş etdirilib. Poliqon 1960-cı ildə açılıb. O özündə avtomobilin idarəetməsini, sürüşmə və ani dönmələrini yoxlayan, eləcə də sürətlənməni ölçən xüsusi dairəvi meydançanı birləşdirir. Ərazidə bərbad yolları imitasiya edən əyri-üyrü, həmçinin maşının alt hissəsinin dözümlülüyünü yoxlamaq üçün şor sulu yollar var. Vaysax poliqonunda özünəməxsus tunel, yolsuzluq trassı və kraş-testlərdən keçmək üçün avadanlıqlar mövcuddur. “Porşe”də 5 ən yaxşı konsept-kar seçilib.
Cavanşir Məmmədzadə
- Baxış: 433