Top Gear teleşousunun tanınmayan yarış sürücüsü Stiq, attraksion avtomobili ilə Ginnesin rekordlar kitabına düşən sürət yığıb. O, bu maşınla saatda 164,475 kilometr sürətlənməyə nail olub. Layihə üzərində tanınmış ixtiraçı Kolin Förz işləyib. Attraksion maşınını yola çıxarıb hərəkətə gətirmək üçün 3 həftədən çox vaxt gedib. Avtomobili Honda motosikletinin 101 at güclü 600 kub santimetr həcmli mühərriki ilə təchiz ediblər. Ginnesin rekordlar kitabının qaydalarına əsasən, rekord iki gedişin ortalama göstəricisi ilə qeydə alınır. Testlər Böyük Britaniyada yerləşən aerodromlardan birində baş tutub. İlk gedişdə Stiq 172,827 km/saat, ikincidə isə 150,124 km/saat sürət yığıb.
Cavanşir Məmmədzadə
- Baxış: 362