• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 04.04.2017 14:20

Birləşmiş Ərəb Əmirliklərində şahmatçıların "Dubay Open" turnirinə start verilib

Azərbaycanın bütün təmsilçiləri ilk görüşlərini qələbə ilə başa vurub. Vüsal Abbasov turnirin reytinq lideri olan ukraynalı Anton Korobovu məğlub edib. Vüqar Əsədli "ev sahibi" Əli Əbduləzizə, Əhməd Əhmədzadə türkmənistanlı Bibixanapiya Odayevaya, Rəvan Əliyev banqladeşli Abu Liş Ansariyə, Nicat Abbasov misirli Roman Salaha, turnirin reytinq üçüncüsü Eltac Səfərli hindistanlı Nişant Malhotraya qalib gəlib. Nail Bəşirli və Nərmin Xələfova da, müvafiq olaraq, hindistanlı rəqibləri Şrihari  və Şah Jildən üstün olub.

Qeyd edək ki, sayca 19-cu olan yarışın ümumi mükafat fondu 50000 dollardır. 217 iti zəka sahibinin iştirak etdiyi turnir İsveçrə sistemi ilə keçirilir turnir və 9 turdan ibarətdir. "Dubay Open"ə aprelin 12-də yekun vurulacaq.

Orxan Cəfərzadə