Mayda Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təkcə idmançılar yox, həm də hakimlər təmsil edəcək. Təşkilatçı ölkə olduğumuzdan referilərimizin sayında da üstünlüyümüz nəzərə çarpır. Artıq voleybolda hansı ədalət təmsilçilərimizin fit çalacağına aydınlıq gəlib. İslamiadada oyunları idarə edənlər arasında 5 hakimimiz olacaq. Bunlar Konstantin Selin, Eldar Əliyev, Fuad Hacıyev, Zaur Hacıyev və Fikrət Axundovdu.
Azad Rəfi
- Baxış: 256