• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 04.04.2017 10:12

Britaniyalı ixtiraçı “Dəmir adam”ın kostyumunu hazırladı

Böyük Britaniyanın Gravity adlı startapını hazırlayan Riçard Brauninq “Dəmir adam” filminin qəhrəmanının kostyumunu ərsəyə gətirib. Prototipi geyinən adam uçmağı da bacarır. Yeni geyim özündə 6 reaktiv mühərrik və aviasiya kerosini ilə işləyən ekzoskeleti birləşdirir. Motorların ikisi arxa çantada, qalanları isə çiyinciklərdə yerləşdirilib, bu isə əli qaldırmaqla uçuş istiqamətini dəyişməyə imkan verir. Hələlik kostyum yerdən çox az yüksəkliyə qalxır. Sürət isə qaçan adamın sürətilə eyni göstəriciyə malikdir. Prototipin sınaq videosuna baxdıqda aydın olur ki, o, kifayət qədər təhlükəlidir, ancaq Brauninq bunun belə olmadığına inandırmağa çalışıb. İxtiraçının sözlərinə görə, o, bütün təhlükəsizliyi nəzərə alıb. Brauninq bir neçə dəfə bir metrdən çox yüksəkliyə qalxıb, aşağıda isə həmişə iki nəfər yanğınsöndürən qurğu ilə yarana biləcək təhlükəyə hazır olub. Brauninq bildirib ki, kostyum oda davamlıdır.

Cavanşir Məmmədzadə