Amerikanın yolsuzluq avtomobili istehsal edən Jeep şirkəti öz fanatlarını bir sıra prototiplə sevindirməyə çalışıb. Siyahıda ofrouddan başqa, “Renqler”in bazasında hot-rod, eləcə də 1993-cü ilin Grand Cherokee modelinə həsr olunmuş maşınlar var. Sonuncunu Grand One prototipi xatırladıb. O, klirensi 50 mm çoxaldılmış güclü asma, 33 düymlük disklər və 4 pilləli avtomatik sürət qutusu ilə işləyən 5,2 litrlik V8 aqreqatı ilə təmin olunub. Ən ekstremal konsept Quicksand adını alıb. Yaradıcıları prototipi səhraların hot-rodu adlandırırlar. Bu cür stilistikasına görə maşının təkər bazasını genişləndirib, damını açıb, mühərrikin detallarını kapotun altından göstərməyə çalışıblar. Mopar atelyesində avtomobil üçün 5,7 litrlik motor və 6 pilləli mexaniki sürət qutusu hazırlanıb. Jeep özü isə sportkara 32 düymlük ön və 37 düymlük arxa təkər diskləri geyindirib. Compass Trailhawk maşını əsasında Trailpass modeli ərsəyə gəlib. Digər konseptlər Jeep Wrangler-in müxtəlif modifikasiyalarını özündə birləşdirir.
Cavanşir Məmmədzadə
- Baxış: 327