• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 03.04.2017 11:16

Gəncədə bir mağaza ikinci dəfə qarət olunub

KepezTV Player

Hər iki cinayət hadisəsi zamanı obyekt sahibinə xeyli miqdarda maddi ziyan dəyib. İndi zərərçəkəni maddi ziyandan çox ona mənəvi zərbə vuran şəxsin kimliyi narahat edir.

Gəncə Dəmir Yolu Vağzalının ərazisində şəhər sakini Cabir Qasımova məxsus mağazadan oğurluq hadisəsi baş verib. Qapının şüşə hissəsini sındıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər oradan xeyli miqdarda tütün məmulatları, alkoqolsuz içkilər və qida məhsullarını oğurlayıblar. Hadisə gecə baş verdiyindən mağaza sahibi cinayət əməlindən səhər saatlarında xəbər tutub və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat  verib.

Cabir Qasımov- mağaza sahibi: “Səhər tezdən 10-11 arası dedilər ki, mağazaya oğru girib. Gəldim, baxdım siqaretləri enerji içkilərini, kolbasaları saqqızlar oğurlayıblar. Hardasa mənə 1000-1500 manat ziyan dəyib”.

Zərərçəkənin müraciəti əsasında hadisə yerinə gələn Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə xətt polis şöbəsinin əməkdaşları zəruri istintaq hərəkətlərini həyata keçirib. Obyekt sahibinin sözlərinə görə, bu sözügedən mağazada qeydə alınan ilk oğurluq hadisəsi deyil.

Cabir Qasımov- mağaza sahibi: “Burda bu neçənci oğurluq hadisəsidir. Artıq mağazanı arendaya vermək istəyirəm. Ötən il də bu vaxtlar mağazamda belə bir hadisə olmuşdu”. 

Polis əməkdaşları tərəfindən oğurluğu törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

Natiq Hüseyn