• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 01.04.2017 13:43

Şahmatçılarımız mükafatçılar sırasına düşə bilmədi

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan Şarj şahmat turniri başa çatıb. Turnirin son - doqquzuncu turunda liderimiz Arkadi Naydiç ukraynalı Martin Kravtsiv ilə heç-heçəyə razılaşıb. Bununla da o, 2 pillə geriləyib. Yekunda 6.5 xal toplayan Naydiç yeddinci nəticə göstərib. Digər şahmatçımız Eltac Səfərli isə iranlı İdani Puyanı məğlub edərək, turniri 17-ci pillədə başa vurub.

 

Azad Rəfi