Toyotanın Avstraliya ofisi, oyuncaq istehsal edən Tonka şirkəti ilə birgə Hilux modelinin bazasında ekstremal pikap ərsəyə gətirib. Avtomobil, 2016-cı ildə Hilux modelinin Avstraliya bazarında rekord satışı, Tonka brendinin 70 illiyi və Yaponiya markasının 80 illiyi ilə münasibətilə hazırlanıb. HiLux Tonka layihəsi üzərində təxminən 150 dizayner və mühəndis işləyib. Maşın, Tonkanın oyuncaq avtomobilləri kimi qara-sarı rənglə boyadılıb. Toyota mühəndisləri avtomobilə yolsuzluq asması quraşdırıb, klirensi 150 mm artıraraq 429 millimetrə çatdırıb, bamperi dəyişib, karbon materialında kapot əlavə eləyib, LED işıqlar və 17 düymlük disklə 35 millimetrlik yolsuzluq şinləri ilə təmin ediblər. Pikapda 6 millimetrlik qalınlığı olan alt hissə müdafiəsi və boru hədləri bərkidilib. Bütün bunlardan sonra pikapın çəkisi 300 kiloqram artaraq 2,4 tona çatıb. 2,8 litrlik dizel motor isə əvvəlki kimi yerində qalıb.
Cavanşir Məmmədzadə
- Baxış: 532