KepezTV Player
2012-ci il təvəllüdlü Kazımlı Xədicə Azər qızı Göyçay çayının kənarında oynayarkən ehtiyatsızlıq edib və qəflətən axar suya yıxılıb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün boğularaq həyatını itirib. Çayda su çox olduğundan və iti axdığından 5 yaşlı uşağın meyitini tapmaq çətinləşib. Hazırda çayda axtarış işləri davam etdirilir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 576