KepezTV Player
Balıq tutmaq üçün tilov atmağa getdi, lakin gördüyü onu tamahından döndərə bilmədi. Nəticə isə peşmanlıq oldu.
Polis Sabirabad sakini 47 yaşlı Telman Həsənovu 180 qram qurudulmuş marixuana ilə yaxalayıb. O, əvvəllər də buna görə məhkumluq həyatı yaşayıb
Telman Həsənov narkotik vasitəni istifadə etdiyini deyib. Bilidirb ki, balıq tutmağa gedən zaman su hövzəsinin kənarında çətənə kolunu görüb. Bu sahədə təcrübəsi olan Telman kolu götürərək ondan qurudulmuş marixuana əldə edib. Daha sonra narkotiki gizlədərək az-az istifadə etməyə başlayıb
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 1005