Azərbaycanın U-21 yığmasının futbolçusu Ozan Can Kökcü Türkiyənin “Bursaspor” klubu ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi yeni komandası ilə 4 illik anlaşmaya imza atıb. Gənclərdən ibarət millimizə cəlb olunan futbolçu cari mövsümün sonuna kimi Hollandiyanın “Feyenoord” klubunda çıxış edəcək və yayda yeni komandasına qoşulacaq. 18 yaşlı oyunçunun Türkiyənin “Fənərbaxça” klubuna transferi gündəmdə olsa da, Kökçü seçimdə Bursa klubuna üstünlük verib.
Azad Rəfi
- Baxış: 278