• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 29.03.2017 16:10

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında cüdo üzrə şəhər turniri keçirilib

KepezTV Player

Yarış azyaşlı yeniyetmələr arasında reallaşıb.Birincilik mərkəzin Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə təmir olunaraq yeni tatami döşəyi ilə təchiz edilən zalında baş tutub. Yarışın açılış mərasimində olimpiya idman növü kimi cüdoya marağın üst səviyyədə olduğu və bunun da nəticəsi kimi yapon döyüş sənətinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğu qeyd olunub. Rəsmi hissədən sonra yarışa start verilib. Beləliklə də, 10 çəki dərəcəsində 120 cüdoçu mükafatlar uğrunda mübarizəyə qoşulub. Birincilikdə ev sahibləri ilə yanaşı, 1 və 2 saylı Uşaq Gənclər İdman Məktəbi, Gəncə İdman Klubunun yetirmələri, həmçinin Goranboy və Naftalan idmançıları qüvvəsini sınayıb.

Zamiq Kazımov- yarışın baş hakimi: “Bu yarışda bizim məqsədimiz azyaşlı perspektivli idmançıları üzə çıxarmaqdır. İstedadlı və bacarıqlı uşaqlar var. Bildiyiniz kimi böyük idmançılar belə kiçik yarışlardan irəli çıxırlar. Belə turnirlərdə cüdoçuların təcrübəsi artır”.

2006-2008-ci il təvəllüdlü cüdoçuların birinciliyində 10 çəki dərəcəsindən 6-da “Təhsil” təmsilçiləri qələbə qazanıb. Rinat Namazov, Kamal Mustafayev, İsmayıl Yolçuyev, Yusif Namazlı, İlqar Hacıyev və Qulu Zeynalov yarışın qalibi olub. 1 saylı UGİM-dən Aydın Axundov, 2 saylı UGİM-dən isə Məhəmməd Həsənov fəxri kürsünün ilk pilləsində qərarlaşıb. Digər iki çəkidə Goranboy idmançıları - Yaşar Əliyev və Rəvan Əhmədov rəqiblərindən güclü olub.

Yarışın sonunda ilk 3-lüyə düşən cüdoçular medal və diplomla mükafatlandırılıb.  

Azad Rəfi