Sürpriz nəticə Boliviya – Argentina görüşündə qeydə alınıb. Tanqoçular gözlənilmədən iki cavabsız qolla məğlub olublar. Qonaqların qapısına ilk olaraq 31-ci dəqiqədə Xuan Karlos yol tapıb. Digər qol isə 52-ci dəqiqəyə təsadüf edib. Cərimə meydançasında boş buraxılan Marselo Moreno bu fürsəti maksimum dəyərləndirərək Boliviyanın 2:0-lıq qələbəsini rəsmiləşdirib.
Ekvador - Kolumbiya oyunu da eyni hesabla bitib. Lakin bu qarşılaşmada qələbəni qonaqlar bayram ediblər. 20-ci dəqiqədə Xames Rodriges yerli azarkeşlərin kefini pozub. 34-cü dəqiqədə isə Kuadrado fərqlənərək komandasına səfərdə 3 xal qazandırıb. Bu qələbəylə Kolumbiya qrupda ikinci pilləyə yüksəlib.
Qrup lideri Braziliya isə Paraqvayı 3:0 hesabıyla üstələyib. İlk qol 34-cü dəqiqədə Kautinyodan gəlib. Yarımmüdafiəçi dəqiq zərbəylə toru havalandırıb. 64-cü dəqiqədə Neymar da adını tabloya yazdırıb. Barselonanın oyunçusu özü qurduğu hücumu qolla tamamlayıb. Görüşdə son nöqtəni isə Marselo qoyub. Bununla sambaçılar liderlik mövqeyini daha da möhkəmləndirib.
DÇ-2018-in seçmə mərhələsi
Cənubi Amerika zonası
XIV tur
Boliviya – Argentina – 2:0
Arse, 31, Moreno, 52
Ekvador – Kolumbiya – 0:2
Rodriges, 20, Kuadrado, 34
Çili – Venesuela – 3:1
Sançes, 4, Paredes, 7, 22 – Rondon, 63
Braziliya – Paraqvay – 3:0
Koutinyo, 34, Neymar, 63, Marselo, 86
Peru – Uruqvay – 2:1
Querero, 35, Flores, 62 – Sançes, 30
1 |
Braziliya |
14 |
10 |
3 |
1 |
35-10 |
33 |
2 |
Kolumbiya |
14 |
7 |
3 |
4 |
18-15 |
24 |
3 |
Uruqvay |
14 |
7 |
2 |
5 |
26-17 |
23 |
4 |
Çili |
14 |
7 |
2 |
5 |
24-19 |
23 |
5 |
Argentina |
14 |
6 |
4 |
4 |
15-14 |
22 |
6 |
Ekvador |
14 |
6 |
2 |
6 |
23-20 |
20 |
7 |
Peru |
14 |
5 |
3 |
6 |
22-23 |
18 |
8 |
Paraqvay |
14 |
5 |
3 |
6 |
13-21 |
18 |
9 |
Boliviya |
14 |
3 |
1 |
10 |
12-32 |
10 |
10 |
Venesuela |
14 |
1 |
3 |
10 |
17-34 |
6 |
Orxan Cəfərzadə
- Baxış: 409