Macarıstanda güləş üzrə 23 yaşadək pəhləvanlar arasında Avropa çempionatı başlayıb. İlk yarış günündə xalça üzərinə çıxan sərbəst güləşçilərimizdən 1 qızıl və 1 bürünc medalla sahib olublar. 74 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev yarışı üçüncü yerdə başa vurub.65 kq-da yarışan Teymur Məmmədovun çıxışı isə uğurlu alınıb. Məmmədov Rusiya, Slovakiya, Ukrayna və İsveçrədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə isə Türkiyə idmançısı zədəli olduğundan final görüşü baş tutmayıb və güləşçimiz çempionatın qızıl medalına yiyələnib.
Orxan Cəfərzadə
- Baxış: 271