• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 29.03.2017 14:25

Avropa ölkələrinin futbol üzrə yığma komandaları yoldaşlıq oyunlarında üz-üzə gəlib

DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana uduzan Niderland millisi İtaliya ilə qarşılaşıb. "Narıncılar" bu görüşdə də meydanı başıaşağı tərk ediblər. Halbuki görüşün 10-cu dəqiqəsində Alessio Romaqnoli avtoqola imza ataraq hollandları önə keçirib. Ev sahiblərinin sevinci 1 dəqiqədə çəkib. Appeninlilərin heyətində Eder fərqlənərək hesabı bərabərləşdirib. 32-ci dəqiqədə zanbaqlar ölkəsinin təmsilçisi ikinci dəfə mərkəzə dəvət olunub. Bu dəfə Bonuççi diqqət mərkəzinə düşərək həmçinin yekun nəticəni də müəyyənləşdirib. Niderland 1 İtaliya 2.

Daha iki nəhəng ölkənin duelində son Avropa çempionatına ev sahibiyi edən Fransa İspaniyanı sınağa çəkib. Qarşılaşmada prineylilər 2 cavabsız qolla qalib gəliblər. 68-ci dəqiqədə David Silva penaltini qolla tamamlayaraq tablodakı rəqəmləri hərəkətə gətirib. Fransızlar 77-ci dəqiqədə ikinci topu qapısında görüb. Nəzarətsiz qalan Gerard Delofo şansını boşa verməyərək fərqi artırıb. Bu həm də oyunda qapılara vurulan sonuncu dəqiq zərbə olub.

DÇ-2018-in seçmə mərhələsində uğurlu çıxış edən Portuqaliya isə önə keçdiyi oyunda İsveçə məğlub olub. 18-ci dəqiqədə komandanın lideri Kriştiano Ronaldo oyunda sükutu pozub. 34-cü dəqiqədə yerli azarkeşlər növbəti dəfə qol sevinci yaşayıblar. Qapıların yerini səhv salan Andreas Qranqvist hesabı 2:0 edib. Ancaq skandinavlar fasilədən sonra qarşılaşmanın axarını tamamilə xeyirlərinə dəyişə biliblər. 57 və 76-cı dəqiqələrdə Viktor Klaessonun qollarla oyunda tarazlıq yaradan İsveç qələbə topunu da vurmağa müvəffəq olub. Əsas vaxta artırılan sonuncu əlavə dəqiqədə bu dəfə Kanselo yumşaq mərmini öz qapısına göndərərək qonaqları evə qələbəylə göndərib. Yekun nəticə Portuqaliya 2 İsveç 3.

 

Yoldaşlıq oyunları

28 mart

Avstriya – Finlandiya - 1:1

Qollar: Arnautoviç, 62 - Yensen, 76

Hollandiya – İtaliya - 1:2

Qollar: Romanyoli, 10 (öz qapısına) - Eder, 11, Bonuççi, 32

İrlandiya – İslandiya - 0:1

Qol: Maqnusson, 21

Portuqaliya – İsveç - 2:3

Qollar: Ronaldo, 18, Qranqvist, 34 (öz qapısına) - Klaesson, 57, 76, Kanselo, 90+3 (öz qapısına)

Fransa – İspaniya - 0:2

Qollar: David Silva, 68, Delofo, 77

Orxan Cəfərzadə