21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Yaşar Vahabzadənin komandası İstanbul şəhərində türkiyəli həmyaşıdları ilə qarşılaşıb. Recep Tayyip Erdoğan adına stadionda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Türklərin qollarından ikisinə Ümit Bozok, ikisinə isə Kubilay Kanatsıkuş imza atıb.
Yoldaşlıq oyunu
28 mart
18:00 Türkiyə - Azərbaycan - 4:0
Qollar: Ümit Bozok, 56; 86. Kubilay Kanatsızkuş, 77; 83.
"Recep Tayyip Erdoğan" Stadionu
Orxan Cəfərzadə
- Baxış: 246