• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 29.03.2017 10:34

Yapon dizayner “ağıllı” divar təqvimi hazırladı

Yapon dizayner Koşo Çuboi smartfonla sinxronlaşaraq ekranda planlaşdırılan işlər haqqında məlumat verə bilən “ağıllı” divar təqvimi hazırlayıb. Elektron mürəkkəb (e-ink) texnologiyası ilə işləyən Magic Calendar, Google-un Android Experiments proqramı çərçivəsində ərsəyə gəlib. Analoji proqram Yaponiyada fəaliyyət göstərir və dizaynerlərə Android-cihazlar təqdim etməyə imkan verir. Magic Calendar görünüşcə adi kağız təqvimi xatırladır. Cihaz Google Calendar proqramı ilə sinxronlaşır və aylıq ya da günlük cədvəli göstərə bilir. Cihaz barədə başqa informasiya hələlik yoxdur.

Cavanşir Məmmədzadə