• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1253
— 29.03.2017 10:04

Audi-dən 450 at güclü RS5 Coupe

Audi Cenevrədə yeni V6 bi-turbo mühərrikli RS5 Coupe avtomobilini sərgiləyib. 450 at güclü bir motora yiyələnən model bir sıra kosmetik dəyişikliklər hesabına, o cümlədən iri radiator barmaqlığı, kütləvi hava qəbuledicilər, yeni diffuzor və eqzoz sistemi borularına görə idmansayağı görünür. Alıcılara 19 və 20 düymlük təkər diskləri dəsti təklif olunur. Maşının 100 km/saat sürəti 3.9 saniyəyə yığması 2,9 litrlik TFSI V6 bi-turbo aqreqatı sayəsindədir. Ən yüksək sürət göstəricisi isə 280 km/saatdır. Avtomobil 100 kilometrə 8,7 litr yanacaq yandırır, bu məsafədə emissiya tullantılarının miqdarı isə 197 qramdır. Yeni model Almaniyanın və digər Avropa ölkələrinin diler mərkəzlərində iyunda, 80900 avro dəyərində peyda olacaq.

Cavanşir Məmmədzadə