• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2216
— 28.03.2017 10:02

İtalyanların “super” maşını: Ferrari 812 Superfast

İtalyanların yeni Ferrari 812 Superfast adlı superkarı dinamik görüntülərdə təqdim olunub. Cenevrədə sərgilənən model F12 Berlinetta avtomobilini əvəzləməlidir. O, 6,5 litrlik V12 atmosfer mühərrik əldə edib ki, bu da əvvəlkindən 0,2 litr artıqdır. Təkmilləşdirilmiş aqreqat 800 at gücündədir. Superkar 100 km/saat sürəti cəmi 2,9 saniyəyə yığır, ən yüksək sürət isə 340 km/saata bərabərdir. Qeyri-rəsmi məlumatlara görə, digər italyan şirkəti Lamborghini, Ferrari 812 Superfast avtomobilinə güclü rəqib hazırlayır.

 

Cavanşir Məmmədzadə