• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 27.03.2017 13:48

Almanlar millimizə şans vermədi

Futbol üzrə DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilib. C qrupunda mübarizə aparan millimizin evdə meydana çıxdığı turda rəqib dördqat dünya çempionu Almaniya olub. Bakıya 3 xal arxasında gələn bundestim oyunun əvvəlindən qol vurmaq üçün irəli atılıb. Qonaqlar istəklərinə 19-cu dəqiqədə çatıblar. Müdafiədəki ani boşluqdan Andre Şürrle yararlanıb. Ruhdan düşməyən komandamız 31-ci dəqiqədə hesabı bərabərləşdirə bilib. Dmitri Nazarov küncü dəqiq nişan alaraq status-kvonu bərpa edib. Ancaq yığmamızın sevinci 5 dəqiqədə çəkib. Bu dəfə Tomas Müller komandasını önə keçirib. Fasiləyədək gəlmələr daha bir qol vurublar. İlk hissənin son dəqiqələrində sağ cinahdan qapı önünə göndərilən topu Mario Qomez çətinlik çəkmədən başıyla qapıdan keçirib. İkinci hissədə millimiz Almaniyaya müqavimət göstərsə də, 81-ci dəqiqədə növbəti dəfə yerli azarkeşləri üzən Şürrle özünün ikinci komandasının 4-cü qoluna imza ataraq yekun hesabı müəyyənləşdirib. Azərbaycan 1-Almaniya 4.

Qrupun digər oyununda Çexiya səfərdə San Marinoyla qarşılaşıb. Favoritlərdən sayılan çexlərin rəqibi qarşısında xal itirməyəcəyini düşünənlər haqlı çıxıblar. Qonaqlar cırtdan ölkənin qapısından nə az, nə çox düz 6 cavabsız top keçirib. Artıq ilk yarım saatın tamamında iki dəfə Antonin Barak, hərəyə bir dəfə isə Vladimir Darida və Qebre Selassiye fərqlənərək 4 topluq fərq yaradıblar. İlk hissənin başa çatmasına 2 dəqiqə qalmış ev sahibləri 5-ci topu qapısında görüb. Krmençik də qol vuranların sırasına qoşulub. Oyunda sonuncu qolun müəllifi isə dubl edən Darida olub. 77-ci dəqiqədə penaltini qola çevirən oyunçu görüşdə son nöqtəni qoyub.

Bu qrupun son qarşılaşması Şimali İrlandiya ilə Norveç arasında oynanılıb. Millimizin məğlubiyyətindən sonra ikinci pilləyə yüksəlmək üçün mütləq qələbə qazanmalı olan adalılar bunun öhdəsindən gəliblər. Artıq 2-ci dəqiqədə Ceymi Uord hesabı irlandların xeyrinə dəyişib. 33-cü dəqiqədə skadinavlar ikinci dəfə mərkəzdən başlamalı olublar. Konor Vaşinqton diqqətləri üzərinə cəlb edərərək həm də qarşılaşmanın taleyini həll edib. 2:0 Şimali İrlandiyanın qələbəsi.

Seçmə mərhələnin bu turunda millimizin qrupu ilə yanaşı, digər qruplarda da oyunlar baş tutub. A qrupunda son dövrlər enmə zolağında olan Hollandiya Bolqarıstanın qonağı olub. Zanbaqlar ölkəsinin təmsilçisi səfərdə 2 cavabsız qolla məğlub olaraq evə əliboş dönüb. Meydan sahiblərinin toplarını 5 və 20-ci dəqiqələrdə Spas Delev rəqib qapısından keçirib.

B qrupunda çıxış edən son Avropa çempionu Portuqaliya evdə Macarıstanı sınağa çəkib. Oyuna Kriştiano Ronaldo damğasını vurub. Əvvəlcə hücumun təşkil olunmasında rol oyanayaraq Andre Silvanın 32-ci dəqiqədə fərqlənməsinə şərait yaradan ulduz futbolçu sonradan özü də iki dəfə qapıya düşə bilib. Ronaldo ilk qolunu 36-ci dəqiqədə vurub. Hücumçu dəqiq zərbəylə çərçivəni dəqiq nişan alaraq hesab arasındakı fərqi ikiyə yüksəldib. Prineyli bir daha 65-ci dəqiqədə yerli azarkeşləri sevindirib. Cərimə zərbəsini mükəmməl yerinə yetirən Kriştiano topu qapıçının gözləmədiyi bucağa göndərib. Beləliklə, yekunda Portuqaliya 3:0 qalib gəlib.

H qrupunun mərkəzi görüşündə liderlər Belçika və Yunanıstan komandaları üz-üzə gəlib. İlk yarıda bir neçə vəziyyətdə doğma meydanda hesabı açmağa yaxın olan şeytanlar fasiləyədək yunanları məyus edə bilməyiblər. Əvəzində vurmayana vurarlar prinsipinə əsaslanan qonaqlar ikinci hissənin əvvəlində önə keçiblər. Müdafiəçilərin arxasında özünü unutduraraq qapıçı ilə təkbətək qalan Konstaninos Mitroğlu şansını qaçırmayıb. Qoldan sonra gərginləşən oyunda 65-ci dəqiqədə rəqibə qarşı kobud hərəkətə görə ikinci sarı vərəqəni görən Panagiotis Taxtsidis komandasını meydanda azlıqda qoyub. Bundan istifadə edən meydan sahiblərinin təzyiqi artıraraq qol vurmaq üçün irəli atılmalarının nəticəsi 89-cu dəqiqədə bəhrəsini verib. Sol cinahdan göndərilən asmanı Romelu Lukaku iki hərəkətlə qapıdan keçirərək tablodakı rəqəmləri eyniləşdirib. Ancaq Belçikanın bundan artığına gücü çatmayıb və sülhlə razılaşıblar.

Daha bir maraqlı qarşılaşmada İ qrupunun favoritləri Xorvatiya və Ukrayna duelə çıxıb. Bu görüşün taleyini isə 1 qol həll edib. 38-ci dəqiqədə Nikola Kaliniçin qolu xorvatlara minimal hesablı qələbə qazandırıb. Bununla da  Xorvatiya liderliyini daha möhkəmləndirib.

E qrupunda bütün diqqətlər Monteneqro - Polşa oyununa yönəlib. Qrupda lider olan qonaqlar 40-cı dəqiqədə hesabı açıblar. Cərimə zərbələrinin ustası Robert Levandovski bu dəfə də duran topu qola çevirməyi bacarıb. İkinci hissədə tədricən özünə gələn ev sahibləri 63-cü dəqiqədə görüşdə bərabərliyi təmin ediblər. Müdafiəçilərin süni oyundan kənar vəziyyət yaratmaq istəyini boşa çıxaran Stefan Muqoşa başıyla yumşaq mərmini tora sancıb. Ancaq sona yaxın qonaqlar qələbə topunu vurmağa müvəffəq olublar. 82-ci dəqiqədə Lukaş Pişçek komanda yoldaşlarının əhatəsinə düşərək Çexiyaya 3 xal qazandırıb.

F qrupunun Şotlandiya - Sloveniya qarşılaşması da diqqət mətkəzində olub. Bu oyunda isə azakeşlər 1 qola şahidlik ediblər. 88-ci dəqiqədə Kris Martinsin qolu şotlandlara qalibiyyət üçün kifayət edib.

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, V tur

 

26 mart

 

C qrupu

San-Marino – Çexiya - 0:6

Qollar: Barak, 17, 24, Darida, 19, 77, Cebre Salesie, 26, Krmençik, 43

 

Azərbaycan – Almaniya - 1:4

Qollar: Nazarov, 31 - Şürrle, 19, 81, Müller, 37, Qomez, 45

 

Şimali İrlandiya – Norveç - 2:0
Qollar: Vard, 2, Vaşinqoton, 33

 

1.

Almaniya

5

5

0

0

20:1

15

2.

Şimali İrlandiya

5

3

1

1

10:2

10

3.

Çexiya

5

2

2

1

8:4

8

4.

Azərbaycan

5

2

1

2

3:8

7

5.

Norveç

5

1

0

4

5:9

3

6.

San Marino

5

0

0

5

1:23

0

 

 

E qrupu

Ermənistan – Qazaxıstan - 2:0

Qollar: Mxitaryan, 73, Aras Özbiliz, 75

 

Monteneqro – Polşa - 1:2

Qol: Muqosa, 63 - Levandovski, 40, Pişçek, 82

 

Rumıniya – Danimarka - 0:0

 

1.

Polşa

5

4

1

0

12:6

13

2.

Monteneqro

5

2

1

2

10:6

7

3.

Danimarka

5

2

1

2

7:5

7

4.

Rumıniya

5

1

3

1

6:4

6

5.

Ermənistan

5

2

0

3

6:10

6

6.

Qazaxıstan

5

0

2

3

3:13

2

 

 

F qrupu

İngiltərə - Litva - 2:0

Qollar: Defo, 22, Vardi, 66

 

Malta – Slovakiya - 1:3
Qollar: Farruqia, 32 - Vays, 2, Qrequs, 41, Nemec, 84

 

Şotlandiya – Sloveniya - 1:0

Qol: Martin, 88

 

1.

İngiltərə

5

4

1

0

8:0

13

2.

Slovakiya

5

3

0

2

10:3

9

3.

Sloveniya

4

2

2

0

4:2

8

4.

Litva

5

1

2

2

5:9

5

5.

Şotlandiya

4

1

1

2

6:8

4

6.

Malta

5

0

0

5

2:13

0

 

 

25 mart

 

A qrupu

İsveç – Belarus - 4:0

Qollar: Forsberq, 19 (pen.), 49, Berq, 57, Telin, 78

 

Lüksemburq – Fransa - 1:3

Qollar: Yoahim, 32 (pen.) - Jiru, 28, 77, Qrizman, 37 (pen.)

 

Bolqarıstan – Hollandiya - 2:0

Qollar: Delev, 5, 20

 

1.

Fransa

5

4

1

0

10:3

13

2.

İsveç

5

3

1

1

10:3

10

3.

Bolqarıstan

5

3

0

2

8:10

9

4.

Hollandiya

5

2

1

2

8:6

7

5.

Belarus

5

0

2

3

2:10

2

6.

Lüksemburq

5

0

1

4

6:12

1

 

 

B qrupu

Andorra – Farer adaları - 0:0

 

İsveçrə - Latviya - 1:0

Qol: Drmiç, 66

 

Portuqaliya – Macarıstan - 3:0

Qollar: Andre Silva, 32, Ronaldo, 36, 65

 

1.

İsveçrə

5

5

0

0

10:3

15

2.

Portuqaliya

5

4

0

1

19:3

12

3.

Macarıstan

5

2

1

2

8:6

7

4.

Farer Adaları

5

1

2

2

2:8

5

5.

Latviya

5

1

0

4

2:9

3

6.

Andorra

5

0

1

4

1:13

1

 

 

H qrupu

Bosniya və Herseqovina – Cəbəllütariq - 5:0

Qollar: İbişeviç, 4, 43, Vrasayeviç, 52, Edin Viska, 56, Biçakçik, 90+4

 

Kipr – Estoniya - 0:0

 

Belçika – Yunanıstan - 1:1

Qol: Lukaku, 89 - Mitroğlu, 46

 

1.

Belçika

5

4

1

0

22:2

13

2.

Yunanıstan

5

3

2

0

10:3

11

3.

Bosniya və Hersoqovina

5

3

1

1

13:5

10

4.

Kipr

5

1

1

3

3:8

4

5.

Estoniya

5

1

1

3

5:15

4

6.

Cəbəllütariq

5

0

0

5

2:22

0

 

 

Orxan Cəfərzadə