• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 18.03.2017 10:03

Pininfarina 800 at güclü və mikroturbogeneratorlu sedan hazırladı

Cenevrə avtomobil salonunda dəbdəbəli H600 elektrosedanının premyerası baş tutub. Dizayn Hybrid Kinetic Group şirkətinin sifarişi ilə Pininfarina atelyesi tərəfindən hazırlanıb. Mikroturbogeneratorla təchiz olunmuş 4 qapılı konsept bir dəfəyə 1000 kilometrə qədər məsafə qət etmək qabiliyyətindədir. Prototip 5 metr 20 santimetr uzunluğunda, 2 metr enliyində və təxminən metr yarım hündürlüyündədir. 1870 kiloqramlıq maşının 52 faiz çəkisi ön, 48 faiz çəkisi arxa oxun üzərinə düşür. İstehsalçılar avtomobilin güc sistemi barədə heç bir məlumat verməyiblər. Məlum olan odur ki, buraya azı iki elektromotor daxildir, onlarında ümumi gücü 800-ə bərabərdir. Sedan yerindən saatda 100 kilometr sürəti 2,9 saniyəyə yığır. Mikroturbogenerator isə maşını “superbatareya” ilə təmin edir. Qapılar bir-birinə qarşı açılır, içəridə mərkəzi konsola rast gələ bilməzsiniz. Dəri və ağac işləmələri ilə bəzədilən salonun oturacaqları multimedia kompleksi, həmçinin rəqəmsal alətlər paneli qazanıb. Pininfarina H600-ün seriyalı istehsalı barədə heç nə deyilmir.

 

Cavanşir Məmmədzadə