KepezTV Player
Yunan-Roma güləşçilərindən sonra sərbəst üsulda çıxış edən gəncəli pəhləvanlar da yeniyetmələrin Azərbaycan birinciliyində mükafatçı mövqelərdə yer alıblar. Bakı İdman Sarayında keçirilən yarışda Nizami yurdunun təmsilçiləri müxtəlif əyarlı 4 medal qazanıblar. Mükafatlardan 2-si qızıl, 2-si bürünc olub. 50 kq-da Ramiz Həsənov və 58 kq çəkidə Turan Bayramov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gəncə komandasına bürünc medalları isə 58 kq-da Məftun Nəsibovla 63 kq-da Murad Məmmədov qazandırıb.
Orxan Cəfərzadə
- Baxış: 2314