KepezTV Player
Samuxda aztəminatlı və imkansız ailələr Novruz bayramı ilə əlaqədər sevindirilib. Bayram sovqatı alanlara dövlətin bu təbəqədən olan vətəndaşların diqqət mərkəzində saxlanıldığı xatırladılıb. Şəhid, əlil, kimsəsiz və aztəminatlı ailələrə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə bayram payları verilib. Ümumilikdə 500-dən çox ailəyə sovqat təqdim edilib. Səhhəti ilə əlaqədər olaraq tədbirdə iştirak etməyən şəxslərin bayram payları yaşadıqları ünvana çatdırılıb. Xeyriyyə aksiyası tək rayon mərkəzi deyil, rayonun 35 kənd və qəsəbəsini əhatə edib.
Natiq Hüseyn
- Baxış: 401